“Qəbələ” futbol klubu Avstriyanın “Qrodiq” komandası ilə qarşılaşdı və … - YENİLƏNİB

  • By admin
  • 30 İyun 2017 23:11

qabala-3

2017/2018-ci il mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” futbol klubu məşqlərini davam etdirir.

Gununsesi.info xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçirlər.

Komandamız bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək. Roman Qriqorçukun yetirmələrinin Albaniyanın “Kukesi” klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib. Belə ki, “Qəbələ” Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan komanda Avstriya ikinci liqasında çıxış edir.

***

Matç “qırmızı-qaralar”ın 7:0 hesablı darmadağını ilə yekunlaşıb.

Bu, “Qəbələ”nin ikinci toplanışda ilk, ümumilikdə isə Avstriyada 6-cı oyunu olub. Təmsilçimiz buna qədər “Fulpmes” (Avstriya) üzərində 8:0 hesablı qələbə qazanıbsa, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan – 0:2) və “Ludoqorets”ə (Bolqarıstan – 0:2) məğlub olub.

Yoxlama görüşü

30 iyun

“Qəbələ” – “Qrodiq” (Avstriya) – 7:0

Qollar: Stiven Monroz, 24; Ürfan Abbasov, 37; Asif Məmmədov, 47,56; Xavi Hernandes 48; Araz Abdullayev, 58(p); Fərid Nəbiyev, 75

“Qəbələ”: 22. Dmitri Bezotosnıy, 3. Voyislay Stankoviç, 5. Rasim Ramaldanov, 7. Araz Abdullayev, 9. Stiven Monroz, 14. Cavid Hüseynov, 15. Vitaliy Vernidub, 17. Dion Malone, 19. Filip Ozobiç, 32. Endi Halidey, 34. Ürfan Abbasov

Gununsesi.info