“Qəbələ” bu gün AvroLiqada yunanlarla oyuna çıxacaq

  • By admin
  • 27 İyul 2017 08:50

qebele

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Gununsesi.info  xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan “Qəbələ” də növbəti matçına çıxacaq.

Komandamız səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qəbələ” 2015/2016  mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.

27 iyul

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim:
 Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Afina. “Apostolos Nikolaidis” stadionu

Gununsesi.info