“Qalatasaray” “Vest Hem”in yarımmüdafiəçisini heyətinə qatdı

  • Müəllif: admin
  • 15 Avqust 2017 21:57

vest

“Vest Hem”in futbolçusu Sofian Fequlinin “Qalatasaray”a keçidi rəsmiləşib.

Gununsesi.info xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün İstanbul təmsilçisi İngiltərə klubuna 4 milyon 250 min avro ödəyəcək.

Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan Fequli yeni klubunda hər mövsüm üçün 3 milyon 850 min avro maaş alacaq.

Gununsesi.info