Qızlarımız dünya çempionatında!

  • By admin
  • 03 İyun 2017 19:47

1496503671-3336

 

Bakıda qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, E qrupunda baş tutan son turun oyunlarında Azərbaycan millisi Hollandiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycanın qələbəsi ilə başa çatıb – 3:0. Bununla da Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada təşkil olunacaq.

 

Gununsesi.info