Romada Kəlbəcərdəki məbədimiz haqda saxta erməni kitabının təqdimatı oldu. -FOTOLAR

  • By admin
  • 29 Mart 2022 14:52

İtaliya paytaxtında “erməni monastırı” kimi təqdim edilən Kəlbəcər rayonundakı İslamdan öncəki qədim Azərbaycan türklərinə məxsus Xudavəng məbədi haqqında saxta “fakt”larla dolu qondarma kitabın təqdimatı olub.

Gununsesi.info xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  təqdimatı Ermənistanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə  keçirilmiş  “Dadi monastırı – Dadivank”  adlı üzdəniraq kitab  “monastırın freskalarının bərpasına həsr olunub”.

“Həm də albom olan kitabı ictimaiyyətə erməni əsilli məşhur italyan yazıçısı Antonia Arslan təqdim edib”.
Səfirliyin mətbuat xidməti xəbər verir ki, tədbir martın 27-də Romadakı San Nikola da Tolentino (Müqəddəs Nikolay) kilsəsində keçirilib.
“Kitabın təqdimatı Ermənistan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib”- xəbərdə belə deyilir.