İspaniyanın məşhur “Mundo Deportivo” qəzeti bu dəfə FİFA-nın verdiyi ilin ən yaxşı futbolçusu mükafatını kimin qazandığını bəlli olduğunu yazıb.
Qol.az-ın məlumatına görə, qəzet bu mükafata Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldonun layiq görüldüyünü iddia edib.
Qeyd edək ki, FİFA-nın ilin ən yaxşı futbolçusu mükafatına namizədlər Kriştiano Ronaldo, Lionel Messi və Antuan Qrizmanndır. Mükafatlandırma mərasimi gələn il yanvarın 9-u Sürixdə keçiriləcək.
Xatırladaq ki, “Mundo Deportivo” qəzeti bundan əvvəl K.Ronaldonun “Frane Football” dərgisinin ilin ən yaxşı futbolçusuna verdiyi “Qızıl top” mükatanın sahibi olacağını yazmışdı. K.Ronaldo həmin mükafatı bu il qazanıb.
Gununsesi.info