Ruslar əsir götürdüyü ukraynalı hərbçilərin sayını açıqladı

  • By admin
  • 02 İyun 2022 11:47

“Donetsk və luqansk xalq respublikaları”nın ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 8 minə yaxın hərbi əsiri var.

Gununsesi.info xəbər verir ki, bunu qondarma “dxr”in xalq şurasının cinayət və inzibati qanunvericilik komitəsinin sədri Yelena Şişkina deyib.

Onun sözlərinə görə, hərbi əsirlər arasında şübhəli və təqsirləndirilən şəxslər də var.

“Tribunal qarşısında biz kimlərin təqsirləndirilən şəxs statusunda olduğunu və onların neçə nəfər olduğunu anlayacağıq”, – Şişkina bildirib.

Bundan əvvəl “dxr” ədliyyə nazirliyinin rəhbəri Yuri Sirovatko bildirmişdi ki, “respublika”da aparılan təhqiqatlar nəticəsində 100-dən çox ukraynalı hərbi əsir istintaq təcridxanalarına yerləşdirilib.

Gununsesi.info