“Səbail” Almaniya klubu ilə heç-heçə etdi

  • By admin
  • 23 Yanvar 2017 20:08

78629

 

Azərbaycan birinci divizion təmsilçisi “Səbail” bu gün Antalyada ikinci yoldaşlıq görüşünü keçirib.

Qol.az-ın məlumatına görə, komanda Almaniyanın aşağı divizion təmsilçisi “Ayntraxt Northeim” ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda  Qazaxıstan “Kyran”ına 2:4 hesabı ilə uduzub.

Gununsesi.info