Şəmkirdə kafedə yanğın olub, qaz balonu anidən alışıb

  • By admin
  • 17 May 2020 18:56

Şəmkirdə kafe yanıb.

Gununsesi.org Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Şəmkir rayonunda ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib.

Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.org