ABB kartlarında saxlanılan pullar silindi - SƏBƏB

Bu gün vətəndaşların Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarında saxlanılan pul vəsaitlərinin silinməsi halları başverib.

Gununsesi.info xəbər verir ki, vətəndaşların sosial şəbəkələrdə yaydığı məlumatı ABB təsdiqləyib. Belə ki, ABB kartlarının istifadəçilərinə bankdan belə bir mesaj göndərilib:

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanlarda aradan qaldırılacaq. Anlayışınız üüçn təşəkkür edirik”.