Şair-esseist Qismət Rüstəmov ölkə universitetlərinin beynəlxalq reytinqlərdə yüksəlməsi ilə bağlı açıqlamaları tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, o, universitetlərin QS World University Rankings göstəricilərində artımını tez-tez vurğulamasını real təhsil keyfiyyəti ilə əlaqələndirməyin düzgün olmadığını bildirib.
Rüstəmovun fikrincə, bu reytinqlər daha çox universitetlərin “prestij görüntüsü”nü formalaşdırmağa xidmət edir və real akademik mühitdəki problemləri əks etdirməyə bilər.
O, xüsusilə dərsliklərin hazırlanması və tərcüməsi kimi sahələrdə ciddi boşluqların olduğunu, bu istiqamətdə isə yetərli maddi və institusional stimulların mövcud olmadığını vurğulayıb.
Onun sözlərinə görə, universitetlərdə yeni ideya və layihələrin dəstəklənməsi çox zaman gecikdirilir və bu da elmi mühitdə inkişafın ləngiməsinə səbəb olur.
Rüstəmov QS reytinqlərinin “təhsil keyfiyyətindən çox imic göstəricisi” kimi qəbul edildiyini iddia edərək, bu yanaşmanı tənqid edib.
Elmar











