Saleh Rüstəmov azadlıqda

  • By admin
  • 27 May 2022 18:45
Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında bir sıra məşhur siyasi məhbusların da adı yer alıb.

Gununsesi.info xəbər verir ki, onlar arasında Gədəbəyin sabiq icra başçısı, AXCP fəalı  Saleh Rüstəmli də var.

Qeyd edək ki, uzun müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Ötən ilin sonlarında həbsinə etiraz olaraq 41 gün aclıq aksiyası keçirib. Daha sonra yaxınlarının təkidlərindən sonra qida qəbul etməyə başlayıb. Onun siyasi baxışlarına görə həbs olunduğu da iddia edilirdi.

 

Gülnar Məmmədli