Şamaxıda Respublika turniri keçiriləcək

  • By admin
  • 26 Sentyabr 2017 14:40

08
Sentyabrın 29-dan 30-dək Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V açıq Respublika turniri keçiriləcək.

Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, turnirin rəsmi açılış mərasimi sentyabrın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən “Şirvan” Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq.

Yarışlar hər gün saat 10:00-da başlayacaq. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir.

Anar

Gununsesi.info