Sergey Lavrov iyulun 4-də Bakıya gəlir

  • By admin
  • 30 İyun 2016 15:23

sergey

 

“İyulun 4-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri başlayır. Gununsesi.info-nun məlumatına görə, bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə bu gün birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiyalı həmkarı səfərə İrəvandan başlayacaq.

E.Məmmədyarov S.Lavrovla görüşdə Dağlıq Qarabağ haqqında daha ciddi müzakirələr aparacağını vurğulayıb: “Prezidentlərin Sankt-Peterburq görüşündən sonra Sergey Lavrovun regiona səfəri qərara alınıb. Biz burada Dağlıq Qarabağ probleminin detallarını müzakirə edəcəyik. Prezidentlərin görüşündə müəyyən sənədləri müzakirə etmişik. Əgər bu sənəd üzərində işlər uğurla davam etdirilərsə, nəticədə sülhə nail ola bilərik”-, deyə o bildirib.

 

Mürtəza Bünyadlı