Şöbə müdiri: “Azərbaycanda rus bölməsinə maraq 2-3 dəfə artıb”

  • By admin
  • 14 İyul 2016 15:14

mek

 

Azərbaycanda valideynlərin rus bölməsinə marağı əvvəlki illərə nisbətən artıb.

Gununsesi.info Apa.az saytına istisnadn bildirir ki, Təhsil Nazirliyinin məktəbəqədər və ümmi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6%-dən bir az yuxarı idisə, hazırda bu rəqəm 14-15%-ə çatıb. Onun sözlərinə görə, məktəbi, tədris dilini seçməkdə valideynlər azaddır: “Bu, valideynlərin hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır. O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.

Gununsesi.info