MakMaster Uiversiteti (Kanada) alimləri xlamidioza qarşı yeni vaksin hazırlayıblar. Yeni vaksin inyeksiya şəklində deyil, intranazal şəklində (burun boşluğundan) yeridilir.
Xlamidioz hal hazırda uğurla müalicə olunur. Lakin bəzi hallarda xəstəlik özünü heç bir simptomla büruzə vermir ki, bu da xəstəliyi vaxtında aşkar etməyə mane olur. Müalicəsiz buraxılmış bu infeksiya sonsuzluğa və korluğa səbəb ola bilər.
Eksperimentlər göstərib ki, vaksin real kömək edir. Belə ki, vaksinin istifadəsindən sonra uşaqlıq borularının keçiriciliyini pozan “hidrosalpinks” xəstəliyinin inkişafı riski 90% qədər azalıb. Hidrosalpinksin səbəbi əksər hallarda məhz xlamidioz olur və bu pozulma qadınlarda sonsuzluq yaradır.
Alimlər belə hesab edir ki, bu vaksin ucuz olduğundan onu bütün dünyada, hətta kasıb ölkələrdə istifadə etmək mümkün olacaq.
Gununsesi.info