Təbii fəlakət 15 nəfərin həyatına son qoyub

  • By admin
  • 23 Dekabr 2017 09:10

Çilidə sel nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, daha 7 nəfər itkin düşmüş hesab edilir.

Hazırda fəlakət zonasında axtarış işləri davam edir.

Güclü yağışlar Çilinin Çayten şəhərində fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub.

Bundan əvvəl 3 nəfərin öldüyü, 20 nəfərin itkin düşdüyü bildirilirdi.

Gununsesi.info