Tanınmış azərbaycanlı jurnalist karyerasını bitirdi

  • By admin
  • 18 İyun 2017 12:06

95cc8384e0b8490cd1e33278819849cd

 

Tanınmış jurnalist Kənan Quluzadə jurnalistikadakı fəaliyyətinə son qoyduğunu açıqlayıb. Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Qeyd edək ki, Kənan Quluzadə ixtisasca politoloqdur. O, jurnalistika karyerasına 1995-ci ildə “Şərq” agentliyində başlayıb. Daha sonra ANS telekanalında, “Zerkalo” qəzetində, “İnternyus” layihəsində, “Каспiй” və “Bakupost” qəzetlərində çalışıb.

 

Gununsesi.info