Tanınmış ekstrasensin - MEYİDİ TAPILDI

  • By admin
  • 30 İyun 2016 10:52

ekstrasens1

 

Bakıda tanınmış ekstrasensin meyiti tapılıb. Gununsesi.info-nun məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlunun meyidini dostu aşkarlayıb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyindən əziyyət çəkirmiş, ölümünə də bu  səbəb olub.

Bildirilir ki, ekstrasens xeyli vaxt imiş ki, mədəsindən şikayətlənirmiş.

Qeyd edək ki, bir müddət əvvəl T.Nəsirovun qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onu evə gətirməyi ailədə narazılığa səbəb olub.

Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Lakin sonradan bu məlumat öz təsdiqini tapmayıb.

 

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan “Adam içində” verilişinin daimi ekspertlərindən idi. (Lent.az)

 

ekstrasens

 

ekstrasens2