
Megastar Tarkan Türkiyədə zeytunluk alanlarının (sahələrinin) imara və sənaye təsislərinə açılmasına təpki göstərərək “Twitter” üzərindən belə bir mesaj yayımlayıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, o, yazıb ki, bir ölkənin ən böyük neməti, dəyəri onun doğasıdır.

“Zeytun ağaçları Anadolunun xəzinəsidir, belleğidir. Xeyriniz üçün zeytun ağaclarına qıymayın”-deyə, o, sonra yazıb.
Tarkanın bu mesajı üzərinə Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlüdən ünlü sənətçiyə cavab gəlib.
Özlü “Tarkanın nə işi var, Tarkanı niyə bu məsələyə qarışdışdırırsınız”- deyib.
“Tarkanın zeytunluqlarımı varmış, nə edəcəkmiş zeytunluqları? Tarkanın mahnılarını sevirik. Tarkan mahnılarını söyləsin”-deyə, nazir sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info












