
“Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb, bunu isbat etməyən şərəfsizdir”
”Qalileyə qarşı çıxılması dünyanın öz oxu ətrafında dönməsi gerçəyini dəyişdirmədi”.
APA-nın məlumatına görə, bunu NATO Parlamentar Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistandan olan deputat Koruyn Nahapetyanın “erməni soyqırımı” barədə sualına cavab verərkən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar bildirib.
- Akar erməni millət vəkilinin sualını tarixi həqiqətlərin saxtalaşdırıla bilməyəcəyinə dair örnək verərək cavablandırıb: “Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona inanmadılar, ancaq, bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz “erməni soyqırımı”nın olmaması da izim üçün o tarixi həqiqtələrdən biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət dəyişməyəcək”.
- Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin ölməsi barədə iddiasına isə H. Akar sərt reaksiya verib: “Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb. Bunu isbat etməyən şərəfsizdir, isbat etsəniz, istefa verməyə hazıram. Sözünüzü geri götürrməyinizi tələb edirəm”.
Gununsesi.info