Türkiyədə bir həftə ərzində 50 terrorçu məhv edilib

  • By admin
  • 17 İyul 2017 14:38

12

Son bir həftə ərzində Türkiyədə keçirilmiş antiterror əməliyyatları nəticəsində 50 terrorçu məhv edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, terrorçuluqda şübhəli bilinənlər əleyhinə bütün ölkə ərazisində 128 əməliyyat keçirilib.

Əməliyyatlar nəticəsində PKK-a ilə əlaqədə şübhəli bilinən 168 nəfər saxlanılıb. Eyni zamanda FETÖ və PDY ilə əlaqədə şübhəli bilinən 895 nəfər nəzarətə götürülüb.

Anar

Gununsesi.info