Türkiyədə yaşayış binasında partlayış - 11 yaralı

  • Müəllif: Günel
  • 05 May 2025 08:37

Türkiyənin Konya şəhəri Karatay qəsəbəsi Mənzil küçəsindəki yaşayış binasında partlayış baş verib.

Gununsesi.info “Hurriyet”ə istinadən xəbər verir ki, partlayışdan sonra binada yanğın olub.

Hadisə nəticəsində 11 nəfər yaralanıb.

Ərazidə xilasetmə işləri aparılıb.

Partlayışın təbii qaz sızıntısandan baş verdiyi qeyd olunur.

Gununsesi.info