Türkiyənin yüzlərlə tanınmış ədəbiyyat adamı birgə bəyanat yayaraq, ölkənin məhkəmə-hüquq sisteminin mövcud durumundan narahatlığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, birgə bəyanatda Əsli Ərdoğan və Buket Uzuner də daxil olmaqla 262 müəllif əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının seçilmiş lideri Özgür Özelin məhkəmələr tərəfindən vəzifəsindən kənarlaşdırılmasına sərt etiraz ediblər.
Yerli medianın 31 may bazar günü verdiyi məlumata görə, 250-dən çox türk yazıçısı birgə bəyanatda ölkələrinin ədliyyə sisteminin “antidemokratik təcrübələrini” pisləyib.
Birgə bəyanatda Aslı Ərdoğan və Buket Uzuner kimi tanınmış müəlliflərin də daxil olduğu 262 yazıçı “Hakim partiya nəzarət etdiyi məhkəmə sistemi vasitəsilə fundamental konstitusiya hüquqlarımıza növbəti dəfə zərbə vurub” deyə ittiham edib.
Firuzə Mahmudova
Gununsesi.info












