Türkiyənin Səhiyyə naziri: “Ramazan ayının qələbəlik yaradan ayinlərini bu dəfə təxirə salsaq, normal həyata daha tez qayıdarıq”

  • Müəllif: admin
  • 22 Aprel 2020 22:53

“24 apreldə Ramazan ayı başlayır. Xüsusilə oruc tutanların Ramazan günlərində qələbəlik yaratmalarını, iftar süfrələri, toplam Ramazan söhbətlərini gələn ilə saxlamalarını tövsiyə edirik”.

Gununsesi.org-un xəbərinə görə, bu barədə bu gün yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, Türkiyədə koronavirusla əlaqədar normal həyata qayıtmaq qaydalara düzgün riayət etməkdən asılıdır: “Ramazanın özünəməxsus hərəkətliliyini nəzərə alıb, bu dəfə bəzi Ramazan ayinlərini təxirə salsaq normal həyata daha tez qayıdacağıq”.

 

Gununsesi.org