Türkiyənin vitse-prezidentilə Rusiyanın Baş Naziri arasında telefon danışığı olub

  • Müəllif: admin
  • 22 Aprel 2020 23:10

Türkiyənin vitse-prezidenti Fuat Oktayla Rusiyanın Baş Naziri Mixail Mişustin arasında telefon danışığı olub.

Gununsesi.org-un verdiyi xəbərə görə, telefon söhbətində hər iki dövlət rəsmisi yeni növ koronavirusla (COVID-19) mübarizədə əməkdaşlıq, ikitərəfli əlaqələri və regional məsələlər haqqında müzakirə aparıblar.

Fuat Oktay COVID-19 pandemiyası ilə mübarizədə Türkiyənin qazandığı təcrübəni bölüşə biləcəyini vurğulayıb.

Telefon söhbətində bundan başqa iki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması və COVID-19 səbəbindən mövcud layihələrə fasilə verilməməsi məsələlərinə də toxunulub.

 

 

 

 

Gununsesi.org