Ukraynada ABŞ nüvə silahlarının yerləşdirilməsi ilə bağlı petisiya başladıldı

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında ölkədə Amerika nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya başladılıb.

Gununsesi.info “Ura.ru”ya istinadən xəbər verir ki, həmçinin petisiya müəllifləri başqa variant da təklif edirlər – Ukraynanı öz nüvə silahına malik dövlətə çevirmək.

Petisiyanı indiyə qədər 100-dən çox şəxs imzalayıb.

Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır.

 

Gununsesi.info