Ukraynanın NATO-ya daxil olması praktik olaraq həll olunub - NATO-nun baş katibi

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın alyansa daxil olması məsələsi “praktik olaraq həll olunub” və Rusiyanın veto hüququ yoxdur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Stoltenberq ABŞ-da çıxışında belə bir bəyanatla çıxış edib.

O vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanın alyansa daxil olması ilə bağlı razılıqlarını dəfələrlə bəyan ediblər. Onlar sonuncu dəfə 2022-ci ilin yayında Madriddə keçirilən sammitdə öz mövqelərini bildiriblər.

NATO üzvləri qərara gəliblər ki, Kiyevin alyansa rəsmi dəvətin vaxtını onlar  Ukrayna ilə birgə təyin edəcəklər.

“Bunun Moskva və Putinlə heç bir əlaqəsi yoxdur. Onun NATO-nun genişlənməsinə veto qoymaq hüququ yoxdur”, – Stoltenberq bildirib.

Qeyd edək ki, 2023-cü ilin aprelində Kiyevə səfəri zamanı Stoltenberq bildirib ki, “Ukraynanın layiqli yeri Avro-Atlantik ailədə və NATO-dadır”.

Daha sonra may ayında verdiyi müsahibəsində o, NATO -ya üzv ölkələrinin qərarlarını gözləyə bilmədiyini vurğulamışdır.

“Amma bir şey aydındır hər kəs Ukraynanın alyansa üzv olması ilə razıdırlar.”

 

Tərcümə

Şəbnəm

Gununsesi.info