Türkiyənin tanınmış iş adamı və milyonçusu Acun Ilıcalı İngiltərənin Hull City klubunu alaraq adından söz etdirdikdən sonra ikinci bir futbol klubunu alıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Acun İrlandiyanın ən keçmiş və köklü klublarından olan Shelbourne klubunun hissələrinin böyük bölməsini alıb.
Bu barədə sosial media hesabında Ilıcalı özü açıqlama verib. Ilıcalı paylaşdığı yazısında həmin klubla Avropa klublarına qatılaraq önəmli uğurlar əldə etməyi, bir çox bacarıqlı futbolçunu dünya futboluna qazandırmağı hədəflədiklərini vurğulayıb.
Xatırladaq ki, “Shelbourne FC”nin texniki direktoru Noel Kingdir.
Tərcümə: Arzu