XİN rəhbəri: “Danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək”

  • By admin
  • 30 İyun 2016 15:00

elmar

 

“Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. “Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o dayanıqlı deyil”. Gununsesi.info-nun məlumatına görə, bu haqda xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib. E Məmmədyarov qeyd edib ki, “Son ilyarım ərzində 4 dəfə Almaniyaya səfər edib. Bu qənaətə gəlib ki, Almaniya ilə Azərbaycan arasında münasibətlər günü-gündən gücləndirilir. Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu deyən nazir bildirib ki, Azərbaycanın təqdim etdiyi enerji, nəqliyyat layihələrinə böyük maraq var: “Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpası üçün böyük işlər görür. Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında layihə təqdim edib. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək. Aİ ilə münasibətlərimiz gündən günə güclənir”, – deyə o vurğulayıb.

Gülnaz Qənbərli