Elmar Məmmədyarov Frank Valter Ştaynmayerlə görüşüb

  • By admin
  • 30 İyun 2016 14:54

 

thumb

 

Bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilib. Gununsesi.info-nun məlumatına görə, görüşdən sonra hər iki ölkənin xarici işlər naziri birgə mətbuat konfransı keçirəcək. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan həmsədri F. V. Ştaynmayerin region səfəri iyunun 29-da Ermənistandan başlayıb. Bu gün isə, o Azərbaycana səfər edib. Frank Valter Ştaynmayer iyulun 1-də Gürcüstana gedərək, ATƏT PA-nın illik sessiyasına qatılacaq.

Gülnaz Qənbərli