Yaponiyada qar uçqunu

  • By Admin2
  • 10 Fevral 2025 17:23

Yaponiyanın şimal-şərqində, Fukusimada iki qar uçqunu nəticəsində 100-dən çox insan isti bulaq otellərində sıxışıb qalıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Fukuşima şəhərində Tsuçiyu İsti Bulaqının yerləşdiyi qəsəbəyə güclü qarın təsirli olduğu bildirilib .

Yerli vaxtla səhər saat 04:00 və 11:00 radələrində baş verən iki qar uçqunu nəticəsində qəsəbədəki iki oteldə 100-dən çox adam sıxışıb.

İki qar uçqunundan sonra qəsəbədə qarın hündürlüyü 1,5 metrə qədər artıb və spa otellərinə çıxışı təmin edən yollar bağlanıb.

Səlahiyyətlilər bağlı yolların təmizlənməsi üçün qar təmizləmə işlərinin intensiv şəkildə davam etdiyini bildirib.

Orxan Saffarri

Gununsesi.info