Yemişanın sağlamlıq üçün FAYDALARI

  • By admin
  • 26 İyul 2016 12:33

 

Yemişan çox faydalı müalicəvi bitkidir. Yemişan həm xalq, həm də ənənəvi tibdə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Gununsesi.info Saglamolun.az saytına istinadən sizə yemişanın 3 əsas müalicəvi faydasını təqdim edir.

1. Yemişan A vitamini ilə olduqca zəngingir. 100 qr yemişanın tərkibində 260 mqr A vitamini var.

A vitamini insanın normal görmə qabiliyyəti üçün ən vacib olan maddədir. A vitamininin orqanizmdə çatışmamazlığı görmənin zəiflənməsinə, toyuq korluğuna səbəb olur.

2. Yemişan qanda xolesterinin səviyyəsini aşağı salır. Nəzərinizə çatdıraq ki, xolesterin damarlarda yığılaraq onları daraldır, damarların elastikliyini pozur ki, bu da infarkt və insult kimi ağır pozulmaların riskini artırır.

3. Yemişan damarları genişləndirir, arterial təzyiqi aşağı salır.

Gununsesi.info