Zenfira İbrahimova: “Nisə Qasımova mənim sizdən nə çörəyim nə də suyum gəlmir”

  • By admin
  • 24 Oktyabr 2016 18:22

zemfira

 

 

 

 

 

 

 

 

 

 

Xalq artisti Nisə Qasımova “10-dan sonra” verilişində gənc müğənnilər Zenfira İbrahimova və Eldəniz Məmmədovu onu saymamaqda günahlandırıb.  

Gununsesi.info xəbər verir ki, müğənni toylardan birində adı çəkilən ifaçıların  ona qarşı etdikləri hərəkətlərə əsəbiləşib: “45 il ərzində özümü heç bu ilki kimi danlamamışdım. Fırlanıram gözüm gözlərinin içinə baxır, guya məni görmürlər. Biri yalandan telefonla oynayır, o biri də guya eşitmir, görmür. Halbuki onları həmişə mən qarşılayıb, qucaq açmışam. Sən kimsən? Uzaqdan baxıb, “salam” deyə bilməzsən? Tərbiyəsi, əxlaqı odur. Elə üzrlər var ki, onu qəbul etmək istəmirəm”.

Nisə Qasımovaya Zenfira İbrahimovanın cavabı  gecikməyib: “Mən ailəmdə elə tərbiyə görməmişəm ki, özümdən böyeyə hörmətsizlik və ya saymamazlıq edəm. Nisə xanım məhz sizə nəinki mən ailəm də böyük hörmət edir və siz də bunu çox gözəl bilirsiniz. Qaldı ki, salam verməməyimə inandırım mən sizi görəndə nəinki salam verirəm hətta qarşınıza gəlib ilk öncə əllərinizdən öpürəm bilirsiniz niyə? Mənim sizdən nə çörəyim gəlir nə də suyum sizə salam verməyim. Sizlər bizim kimi vətəndaşlar üçün elə misilsiz ifalarınızı ərmağan etmisiniz ki, qəlbinizin gözəlliyi o qədər gözəldir ki, məhz buna görə sizin qabağınıza qaçaraq gəlib əllərinizdən öpürəm. Mənim  sadəcə olaraq bunu yazıb paylaşmaqda məqsədim budur ki, insanlar bilsinlər ki, mən sizi sevirəm sevəcəm də və belə hörmətsizlik əsla düşmənimə qarşı etmərəm”.

Gununsesi.info