
Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan millisi mundialda aktivinə daha bir medal yazdırıb. Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kq çəkidə yarışan Zülfiyyə Hüseynova yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb.
1/4 finalda Türkiyə təmsilçisi Dilək Çakıra qalib gələn cüdoçumuz yarımfinalda İtaıiya idmançısı Monika Stragiolottonu məğlub edib. Zülfiyyə həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq 2-ci yeri tutub.
Kişilərin yarışında M-2 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində mübarizə aparan Zülfüqar Hüseynov bürünc medal uğrunda görüşdə məğlub olaraq 5-ci yeri tutub.
Anar
Gununsesi.info