Azərbaycan əhalisinin sayı açıqlandı - 10 MİLYONA AZ QALDI

  • By admin
  • 16 Mart 2018 12:00

Bu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub.

Əhalinin 52,9 %-i şəhər, 47,1%-i  kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

Gununsesi.info