Razi Nurullayev: Milli Cəbhə Partiyası vahid məktəbli geyimini dəstəkləyir

Milli Cəbhə Partiyası məktəblərdə vahid geyim formasının tətbiqini dəstəklədiyini bəyan edib.

Gununsesi.info  bildirir ki, bu barədə partiya sədri, Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkə hesabında məlumat verib.

“Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası bir neçə gün əvvəl ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı mövqeyini açıqlayıb. Bir daha bildiririk ki, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini pisləyir, beynəlxalq mediada ölkəmizə qarşı qərəzli informasiya manipulyasiyalarından narahatlığımızı ifadə edirik.

Partiyamız məktəblərdə vahid geyim formasının tətbiqini dəstəkləyir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir və buna hər kəsi əməl etməyə çağırırıq.. Eyni zamanda, milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyimlərdən istifadəyə imkan yaradıldığını da bəyan edirik.
İnanırıq ki, məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsil mühitində bərabərliyin və nizam-intizamın qorunmasına xidmət edir. Milli Cəbhə Partiyası dövlətimizin bu məsələdəki mövqeyini dəstəkləyir və dəstəkləyəcəkdir”.
Şəbnəm