13 yaşlı qız 9-cu mərtəbədən yıxıldı

  • Müəllif: Firuzə
  • 12 Mart 2026 23:21

Gəncədə yeniyetmə qız 9-cu mərtəbədən yıxılıb.

Gununsesi.info  xəbər verir ki, 2013-cü il təvəllüdlü X. Fərəzəliyeva binadan yıxılaraq ağır xəsarət alıb.

O, Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Gununsesi.info