2050-ci ilə kimi dünyadakı buzlaqlar yox olacaq - HESABAT

  • By admin
  • 04 Noyabr 2022 01:21

 

 2050-ci ilə qədər dünyadakı buzlaqların əksəriyyəti iqlim böhranının təsiri ilə yox olacaq.

 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni hesabatında əks olunub.

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) hesabatında qeyd olunur ki, növbəti 30 il ərzində Ümumdünya İrs Saytlarındakı buzlaqların üçdə birinin əriyəcəyi proqnozlaşdırılır.

Mütəxəssislər bildirirlər ki, qalanları xilas etmək üçün qlobal istiləşmə tez bir zamanda dayandırılmalıdır.

Kilimancaro dağındakı son buzlaqlar və Alp dağları və ABŞ-dakı Yosemit Milli Parkındakı buzlaqlar siyahıya alınan bölgələr sırasındadır.

Peyk görüntülərini araşdıraraq təsbitlər verən tədqiqatçılar, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atılan addımlara baxmayaraq bu buzlaqların əriyəcəyini bildiriblər.

 

Bildirilir ki, yerdə qalan buzlaqları yalnız qlobal istiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması şərtilə xilas etmək olar.

Tədqiqat çərçivəsində dünyanın 50 Ümumdünya İrsi Saytında və dünyada bütün buzlaqların 10 faizini təşkil edən təxminən 18.600 buzlağa diqqət çəkilib.

Kilimanjaro

Tədqiqatçılar deyirlər ki, bu buzlaqların geri çəkilməsi və ya yox olması “dünyanın istiləşməsinin ən dramatik xəbərdarlıqlarından biridir”.

Hesabatın həmmüəlliflərindın biri olan UNESCO layihə meneceri Tales Carvalho Resende  deyir ki, buzlaqlar iqlim dəyişikliyinin mühüm göstəricisidir, çünki onlar görünür: “Dəyişikliyi gözlərimizlə görə bilirik”.

Ekspertlər bildirirlər ki, dünya liderləri bu məqsədə çatmaq üçün daha sürətli işləməli olurlar.

Yosemite Ulusal Parkı'ndaki buzullar

Buffalo Universitetinin qlasioloqu Beata Csatho deyir: “Tarixi rekordda görünməmiş şey bu prosesin nə qədər tez baş verməsidir”.

“1900-cü illərin ortalarında buzlaqlar kifayət qədər sabit idi. Sonra inanılmaz sürətlə geri çəkilmə başladı.”

Sənəddə 2050-ci ilə qədər buzlaqlarının yox olacağı gözlənilən Ümumdünya İrs obyektləri aşağıdakı kimi siyahıya alınmışdır:

Hirkaniya meşələri (İran)

Durmitor Milli Parkı (Monteneqro)

Virunga Milli Parkı (Konqo Demokratik Respublikası)

Huanlong Təbiət və Tarixi Sayt (Çin)

Yellowstone Milli Parkı (ABŞ)

Keniya Dağ Milli Parkı (Keniya)

Pireney – Mont Perdu (Fransa və İspaniya)

Rvenzori Dağları Milli Parkı (Uqanda)

Putorana yaylası (Rusiya)

Swiss Tectonic Arena Sardona (İsveçrə)

Nahanni Milli Parkı (Kanada)

Lorentz Milli Parkı (İndoneziya)

Wrangel Adası Təbiət Qoruğu (Rusiya)

Kilimancaro Milli Parkı (Tanzaniya)

Yosemit Milli Parkı (ABŞ)

Dolomites (İtaliya)

Virgin Komi Meşələri (Rusiya)

Hesabatda buzlaqların əriməsinin 2000-2020-ci illər arasında dəniz səviyyəsinin 4,5 faiz yüksəlməsinə səbəb olduğu təxmin edilir.

Bildirilir ki, bu buzlaqlar hər il 58 milyard ton azalır.

Bu, Fransa və İspaniyada bir ildə istifadə olunan suyun bütün miqdarına bərabərdir.

Lids Universitetində Buz Alimi professoru Duncan Quincey deyir ki, dünyanın bir çox yerlərində bir çox insanlar həyatları üçün buzlaqlardan gələn su ehtiyatlarına ehtiyac duyurlar və buzlaqlar əridikcə quraqlıq arta bilər.

Quincey deyir: “Quraqlıq həm də aclığa səbəb ola bilər, çünki bu insanlar su ehtiyatlarından kənd təsərrüfatı üçün də istifadə edirlər”.

Hesabatın müəllifləri fəlakətlərin erkən xəbərdar edilməsi və risklərin azaldılması sistemlərinin işə salınmasına çağırır.

Mütəxəssislər deyirlər ki, ilk növbədə qlobal istiləşməni dayandırmaq lazımdır.

 

Tərcümə: 

Pərviz Həşimli

Gununsesi.info