
Süni intellekt artıq 25 saniyəlik səs yazınızdan 2-ci tip şəkərli diabetin olub-olmadığını müəyyən edə biləcək. Bu cığır açan kəşfi alimlər izah edibər.
Gununsesi.info xəbər verir ki, məlumatı sözcü.com.tr yayıb.
Lüksemburq Sağlamlıq İnstitutunun alimləri araşdırmalar nəticəsində inkişaf etdirdikləri metodu açıqlayıblar. Araşdırmaya görə, 2-ci tip diabet riski altında olub olmadığınızı səsinizdən anlamaq olar.
Araşdırmaya görə, insanın şəkər xəstəliyinə tutulma riski 25 saniyəlik səs yazısından ölçülə bilər. Bunun səbəbi diabetin ağciyərlərə, əzələlərə və səs istehsalına cavabdeh olan sinirlərə təsir etməsidir. Bu kontekstdə səsin boğulma kimi dəyişiklikləri təsbit edə bilən süni intellekt alqoritmi hazırlandı.
Komanda, yalnız 2-ci tip diabet riskini deyil, həm də depressiya kimi psixi sağlamlıq problemlərini aşkarlayacağını söyləyib. Bundan əlavə, müxtəlif tədqiqatçılar qrupları Parkinson xəstəliyinin erkən diaqnozu və monitorinqi üçün səs analizindən istifadə etməyi düşünürlər.
Hazırlanmış səs testi ilə insanlar evdə öz səslərini qeyd edərək xəstəlik əlamətlərini yoxlaya və qan testi ilə bu prosesi təsdiqləyə biləcəklər. Dr. Guy Fagherazzi, araşdırmalarının 2-ci tip diabet xəstələrinə xas olan “səs biomarkerlərini” ortaya qoyduğunu ifadə edib.
Araşdırmada süni intellekt alqoritmi 607 nəfərin səs yazısı ilə sınaqdan keçirilib. İştirakçılar mətni 30 saniyədən az müddətə ucadan oxuyublar. Nəticələr göstərdi ki, alqoritm 2-ci tip diabet diaqnozu qoyulmuş kişilərin 71 % -ni , qadınların 66- % -ni düzgün müəyyən edib.
Tədqiqatçılar digər narahatlıqların biomarkerlərini öyrənməyə davam edir. Dr. Fagherazzi deyib ki, səs analizi depressiya kimi psixi sağlamlıq problemlərinin aşkarlanmasında da əsas rol oynaya bilər. Depressiya monoton bir nitq sürəti, aşağı enerji və yavaş danışma tərzi kimi səs xüsusiyyətlərinə təsir edə bilər.
Günel Həsənova