28 yaşlı gəncin meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 24 Aprel 2026 22:04

Gədəbəy rayonunda 28 yaşlı gəncin meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.

 

Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Əlişad Quluyevin cansız bədəni yaşadığı evin həyətindəki yardımçı tikilidə tapılıb.

Faktla bağlı Gədəbəy rayonu prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info