28 yaşlı Ural instaqramda fotolarını paylaşaraq evləndiyini qeyd edib -Fotolar

  • Müəllif: admin
  • 26 Noyabr 2018 17:15

Məşhur “Duman” rok qrupunun solisti Kaan Tangöze ilə 5 aylıq hamilə sevgilisi Kıvılcım Ural ailə qurub. “Gununsesi.org” xəbər verir ki, toy ötən gün İstanbulda baş tutub. 

28 yaşlı Ural instaqram səhifəsində gəlinlik geyimində fotolarını paylaşaraq evləndiyini qeyd edib.

Qeyd edək ki, 45 yaşlı rok ifaçısı daha əvvəl model Seçkin Pirilerlə 6 il evli olub, 2016-ci ildə boşanıb. Cütlüyün bu nikahdan Hakan və Volkan adlı iki oğlu var.