Acun 9 dəqiqəyə boşandı - ALINMADI

  • Müəllif: admin
  • 26 Noyabr 2018 17:04

Ötən ilin sentyabr ayında Fransada evlənən Acun Ilıcalı və Şeyma Subaşı rəsmi olaraq boşanıblar. “Qafqazinfo” xəbər verir ki, cütlük Silivri Ailə Məhkəməsinə gələrək münasibətlərinə son qoyublar.

Acunla Şeymanın boşanma prosesi 9 dəqiqə çəkib. Acun məhkəmədən sonra KİV  nümayəndələrinin suallarını cavablandırıb.

“Hər evlilikdə boşanma da olur. Şeyma ilə ailəmizi xilas etməyə çalışdıq, alınmadı. İkimiz üçün də xeyirli olsun. Məşhurluğumuzdan qaynaqlanan çirkin dedi-qodular yayılır, bunlara inanmayın”- deyə aparıcı bildirib.