35 yaşlı qadın qidadan zəhərləndi

  • Müəllif: admin
  • 15 Avqust 2017 00:35

zeherlenme

Biləsuvar rayonunda zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, hadisə rayonun “Təyyarə meydanı” adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan 1982-ci il təvəllüdlü İmanova Səbahət Aslan qızı zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qadının dediyinə görə o, balıqdan zəhərlənib.

Gununsesi.info