65 yaşlı kişini ilan sancdı - QAXDA

  • By admin
  • 15 Avqust 2017 01:00

ilan

Qaxda 65 yaşlı kişini ilan sancıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Güllük kəndində qeydə alınıb.

Kənd sakini, 1952-ci il təvəllüdlü Mürsəl Şərifov yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan qəfildən onun sağ qolundan sancıb.

Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 65 yaşlı Mürsəl Şərifova lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-stabil olduğu bildirilir.

Gununsesi.info