70-ə yaxın qurumun hesabatında uyğunsuzluq aşkarlanıb - Palata sədri

  • Müəllif: Firuzə
  • 23 İyul 2026 23:10

“Bu il ilk dəfə olaraq biz rəqəmsal həllərin köməyi ilə qanunvericilikdə üzərimizə düşən hesabatların təqdim edilməsini təqribən 100-dən çox indikator üzrə qiymətləndirməyə çalışdıq”.

Gununsesi.info xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend və İTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, aparılan qiymətləndirmələr əsasında 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim olunub:

“Onlardan həmin arayışların cavablandırılmasını istəyirik. Eyni zamanda bildirmək istəyirəm ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyin hazırlanması zamanı biz 200-dən çox təşkilatdan 2 000-dən çox hesabat almışıq. Lakin önəmli olan bu hesabatların sayı deyil, onların yetərlilik səviyyəsidir”.

Gununsesi.info