“Deyirlər ki, universitetdə oxuyub alim olacağam? Bəli, olacaqsan. Universitetin qapısından içəri girdinsə, ab-havan, ətrafın, dünyagörüşün dəyişəcək. Müəllimlərdən görüb götürdüyün səni dəyişəcək. Universitet oxuyan insan “sən” yox, “siz” deyəcək”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Əlsəgərli “İncə sənər” proqramında deyib. Müğənni oxumayan gənclərə məsləhət verib.
N.Ələsgərli daha sonra səhər verilişlərindən gileylənib:
“Səhər tezdən ağlaşmalı efir olmaz. Mən televiziyaya baxıram, məni yükləyirsən. Təzyiqi, şəkəri olanlar var. Olmaz, ancaq pozitiv olmalıdır”.
Gununsesi.info