BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York küçələrində pis sürprizlə rastlaşıb.
Gununsesi.info-nun xəbərinə görə, Ərdoğanın keçdiyi küçələrdə üzərində “Haqq”, “Hüquq”, “Ədalət”, “Siyasi məhbuslara azadlq” və “İmamoğlu üçün ədalət” sözləri yazılmış iri avtomobillər hərəkət edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Ərdoğanın bu mənzərəni seyr edərkən qanının bərk qaraldığı açıq görünüb.
Qeyd edək ki, son zamanlar Türkiyədə avtoritarizmin güclənməsi səbəbiylə siyasi məhbusların sayı durmadan artır.

Elmar
Gununsesi.info











