Türkiyədə növbəti zəlzələ baş verdi

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 11:06

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,5 bal gücündə zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltılar təkan 01:28-də (Bakı vaxtı ilə 02:28), yerin 10 km dərinliyində qeydə alınıb.

Qeyd edək ki, ötən gün Kütahyada 5,4 bal gücündə baş vermiş zəlzələdən sonra 17 saat ərzində 234 afterşok qeydə alınıb.

 

Gununsesi.info