Dərman qəbul etdi, aparıldığı xəstəxanada öldü

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 11:08

Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Orxan Mayıl oğlu Həsənovun halı dərman qəbul etdikdən sonra pisləşib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info